Aerobika yığmamız beynəlxalq turnirin qalibi oldu

Aerobika yığmamız beynəlxalq turnirin qalibi oldu
27.04.2026 14:02 İdman

Çexiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan gimnastları uğurlu nəticə əldə ediblər.

TodayPress TV xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının məlumatına əsasən, aerobika gimnastlarımız yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət üçlük beynəlxalq turnirdə qızıl medal qazanıb.

Yarışda Çexiya komandası ikinci, Slovakiya isə üçüncü yeri tutub.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Aerobika yığmamız beynəlxalq turnirin qalibi oldu — 1
Aerobika yığmamız beynəlxalq turnirin qalibi oldu — 2
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər