92 milyonluq hədəf – İngiltərədə böyük mübarizə başlayır
İdman
18.04.2026 15:45
“Liverpul” klubu “Kristal Pelas” yarımmüdafiəçisi Adam Uorton üçün mübarizəyə qoşulub.
TodayPress TV “talkSPORT”a istinadən xəbər verir ki, mersisaydlılar 22 yaşlı futbolçunu Körtis Cons və ya Aleksis Mak Allisterin mümkün ayrılığı halında alternativ kimi nəzərdən keçirir.
Bildirilir ki, “Mançester Yunayted” də Uortonun transferində maraqlıdır və bu səbəbdən “Liverpul” ciddi rəqabətlə üzləşəcək.
“Kristal Pelas” futbolçunu buraxmaq niyyətində deyil və ən azı 80 milyon funt-sterlinq (təxminən 92 milyon avro) tələb edir.
Mənbəyə görə, futbolçunun özü daha yüksək səviyyədə çıxış etmək istədiyi üçün transferə açıqdır.
Qeyd edək ki, cari mövsümdə Uorton bütün turnirlərdə 44 oyunda iştirak edib və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Namiq HUN
tag: Liverpul,Kristal Pelas,Adam Uorton,Mançester Yunayted,Todaypress.tv,
