Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı
08.12.2025 21:30 Hadisə

Zaqatalada yardımçı tikilidən kişi meyiti tapılıb.

TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Əliabad qəsəbə sakini, 1954-cü il təvəllüdlü İsmayıl Tanrı oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə ailə üzvləri tərəfindən aşkar olunub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər