Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzadıb
Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi müstəntiqin vəsatətinə baxaraq, Şahid Məmmədali oğlu Lalayev barəsində həbs qətimkan tədbiri seçib.
TodayPress TV xəbər verir ki, məhkəmə iyunun 29-da barəsində təyin etdiyi 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılması barədə qərar çıxararaq Lalayevi iyulun 19-na kimi İstintaq təcridxanasına göndərib.
Qeyd edək ki, Lalayev iyunun 26-da, Səfərov qardaşlarına qarşı keçirilən əməliyyatlardan bir gün öncə saxlanılıb. Amma onlar eyni gündə, iyunun 29-də məhkəmə qarşısına çıxarılıb.