Yanğında zəhərlənənlərin vəziyyəti açıqlandı - RƏSMİ
5 sentyabr 2025-ci il saat 05:50 radələrində 1 qadın və 1 kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhhət adına xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB məlumat verib.
Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.
Türkan İsgəndərli