Enerji böhranının hesabını kim ödəməlidir? - Rusiya günahı Qərbdə axtarır

Enerji böhranının hesabını kim ödəməlidir? - Rusiya günahı Qərbdə axtarır
19.10.2026 19:19 Dünya

Dünya enerji bazarında sabitliyin pozulmasına görə məsuliyyət Rusiyanın deyil, Avropa İttifaqının (Aİ) və ABŞ-nin üzərinə düşür.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya Prezidenti Vladimir Putin vurğulamışdı ki, dünya enerji bazarlarında sabitliyin pozulması prosesinə biz başlamamışıq”, – deyə Rusiya xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri və ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası Rusiya enerji resurslarından açıq şəkildə imtina etməklə sabitliyi pozublar. Lavrov qeyd edib ki, Avropa bu siyasəti davam etdirmək niyyətindədir.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər