Afrikanın beş ölkəsi silahlı qruplara qarşı birləşir

Afrikanın beş ölkəsi silahlı qruplara qarşı birləşir
19.10.2026 18:58 Dünya

Böyük Göllər bölgəsində yerləşən beş ölkənin nümayəndələri region ərazisində fəaliyyət göstərən xarici silahlı döyüşçülərin tərksilah edilməsi və vətənlərinə qaytarılması üzrə birgə plan layihəsini razılaşdırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Ruandanın “The New Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, müvafiq qərar oktyabrın 18-də Zambiyanın paytaxtı Lusakada keçirilən görüşdə qəbul edilib. Görüşdə Burundi, Konqo Demokratik Respublikası (KDR), Ruanda, Uqanda, Tanzaniyanın müdafiə və xarici işlər nazirləri, eləcə də nümayəndələri iştirak ediblər.

Tərəflər xarici silahlı birləşmələrin üzvlərinin tərksilah edilməsi, demobilizasiyası, repatriasiyası və reinteqrasiyası üzrə vahid prosedurlar layihəsini təsdiqləyiblər. Sənəd oktyabrın 17-də ekspertlər tərəfindən ilkin olaraq nəzərdən keçirilib.

Nəşr qeyd edib ki, razılaşdırılmış prosedurlar nəzərdən keçirilməsi və yekun təsdiq üçün dövlət başçılarına təqdim olunacaq. Bu prosedurların silahlı qruplaşmalarla mübarizədə region ölkələri arasında koordinasiyanı gücləndirəcəyi və keçmiş döyüşçülərin öz ölkələrinə qaytarılması üçün ümumi mexanizmlər yaradacağı ehtimal olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər