Ucarda sürücü sükan arxasında öldü

Ucarda sürücü sükan arxasında öldü
06.06.2025 22:36 Hadisə

Ucarda sürücü sükan arxasında ölüb. Onun vəzifəli şəxsin kürəkəni olduğu deyilir.

TodayPress TV "Unikal"a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Müsüslü yol dairəsi ərazisində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik avtomobilinin 1982-ci il təvəllüdlü sürücüsü Surxay Kərəm oğlu Nəcəfov sükan arxasında keçinib.

Qeyd edək ki, ölən şəxsin Gəncə şəhərində çalışan məmurun kürəkəni olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər