Tovuzda yanğına səbəb olan şəxs saxlanıldı

Tovuzda yanğına səbəb olan şəxs saxlanıldı
05.09.2025 12:32 Hadisə

Tovuz rayon Qəribli kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

TodayPress TV  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü  Mahir Əliyevin həmin ərazidə ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Nəticədə 30 sot ərazidə biçilmiş əkin sahəsi yanıb. 

M. Əliyev saxlanılaraq barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər