Tovuzda iki avtomobil körpüdən aşdı- Xəsarət alanlar var

Tovuzda iki avtomobil körpüdən aşdı-  Xəsarət alanlar var
10.09.2025 21:15 Hadisə

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. 

Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar. 

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər