Tərtərdə qadın zəhərləndi
Tərtərdə qadın aşdan zəhərlənib.
TodayPress TV ”Unikal”a istinadən bildirir ki, hadisə Şıxarx qəsəbəsində baş verib. Zəhərlənən və bunun təsirindən bədəni allergik şok verən 1972-ci il təvəllüdlü Alıyeva Sərvinaz Kamran qızı xəstəxanaya çatdırılıb. O, sonuncu dəfə aş yediyini bildirib.
Faktla bağlı araşdırma aparılır.