Şirkətdən 7 min manatlıq oğurluq oldu, 2 mühafizəçi saxlanıldı

Şirkətdən 7 min manatlıq oğurluq oldu, 2 mühafizəçi saxlanıldı
14.10.2025 11:23 Hadisə

Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.

TodayPress TV DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

Araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər