Səkkiz gün əvvəl avtomobilin vurduğu piyada öldü

Səkkiz gün əvvəl avtomobilin vurduğu piyada öldü
09.06.2025 21:55 Hadisə

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

TodayPress TV xəbər verir ki, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər