Samuxda maşın eşşək arabasına çırpıldı - Xəsarət alanlar var
Samuxda yol qəzası olub.
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Fizuli kəndi ərazisində baş verib. Hərəkətdə olan avtomobil eşşək arabasına çırpılıb. Nəticədə eşşək arabasında olan 1980-ci il təvəllüdlü Ə.Ələkbərova və 2004-cü il təvəllüdü R .Verdiyev xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.