Salyanda yük maşını qoyun sürüsünü vurdu- Heyvanlar tələf oldu

Salyanda yük maşını qoyun sürüsünü vurdu- Heyvanlar tələf oldu
04.12.2025 23:40 Hadisə

Salyanda xırdabuynuzlu heyvanların tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Malik Quliyev idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən kənd sakini Cəlal Babayevə məxsus xırdabuynuzlu heyvan sürüsü yola çıxıb və qəza baş verib.

Hadisə zamanı 20 başdan çox heyvan tələf olub.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər