Reper "Epi" saxlanıldı - YENİLƏNDİ

Reper "Epi" saxlanıldı - YENİLƏNDİ
16.07.2025 17:55 Hadisə

Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan "Epi" ləqəbli reper Əkbər Novruzlunun saxlanma səbəbi məlum olub.

TodayPress TV xəbər verir ki, araşdırmalarla Ə.Novruzlunun narkotik vasitə istifadəçisi olduğu üzə çıxıb.

O, həmin fakta görə saxlanılıb.

***

14:08

"Epi" ləqəbli reper Əkbər Novruzlu saxlanılıb.

TodayPress TV xəbər verir ki, Ə.Novruzlu barədə paytaxtda açıq havada təşkil olunan tədbirdə söyüşlə rep dediyi üçün polisə şikayət olunub.

Şikayət əsasında o, polisə dəvət edilib və saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər