"Qobu Park 1"də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
Hadisə
06.12.2025 22:30
"Qobu Park 1" yaşayış massivində baş verən partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır.
TodayPress TV bildirir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.
Qeyd olunub ki, yanğın baş verməsi səbəbilə ümumilikdə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, dekabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla baş vermişdi.
tag: Qobu Park 1,Zəhərlənmə,Kliniki Tibbi Mərkəz, Tüstü, todaypress.tv,
