Paytaxtda zəncirvari qəza - Xəsarət alan var
Paytaxda 4 maşının iştirakı ilə zəncirvari yol qəzası baş verib.
TodayPress TV-nin məlumatına görə, hadisə Babək prospektilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən nəqliyyatın hərəkəti üçün nəzərdə tutulmuş yeraltı keçiddə baş verib.
"Lexsus", "Hyundai", "Mercedes" və "Kia" markalı avtomobillərin iştirakı ilə baş verən qəza keçiddə müvəqqəti hərəkət məhdudiyyəti yaradıb. "Kia"da olan bir nəfər kişi xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.