Nəsimidə 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı B.Cəfərov şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumi çəkisi 3 kiloqramdan artıq olan heroin və marixuana aşkarlanıb.
Araşdırma aparılır.