Masallıda yük avtomobili yandı
Masallı rayonunun Köcəkli kəndində "Qazel" markalı yük avtomobilinin yanar hissələri və ətrafında 100 m² sahədə quru ot yanıb.
Fövqəladə Hallar Nazirliyindən TodayPress TV-yə bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.