Lerikdə gilas ağacından yıxılan kişinin ayağı sındı

Lerikdə gilas ağacından yıxılan kişinin ayağı sındı
09.06.2025 22:40 Hadisə

Lerikdə 44 yaşlı kişi ağacdan yıxılıb.

TodayPress TV  "Unikal"a istinadən bildirir ki, Lerik rayonunun Bürsülüm kənd sakini 1981-ci il təvəllüdlü Firudin Fayaz oğlu Ağayev gilas dərmək üçün ağaca çıxıb. Ehtiyatsızlıqdan ağacdan yıxılıb.

F.Ağayev təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sol budun və baldırın yuxarı 1/3-nin diz altı nahiyəsinin böyük həcmli gematoması diaqnozu qoyub, zəruri ilkin tibbi xidmətlər göstəriblər. 

Xəstə vəziyyətinə uyğun olaraq Bakı şəhərinə xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər