Lənkəranda 65 yaşlı kişi bıçaqlandı

Lənkəranda 65 yaşlı kişi bıçaqlandı
03.07.2025 06:56 Hadisə
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb.

TodayPress TV xəbər verir ki, hadisə   Şürük kəndində baş verib.

Kənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov kəsici alət xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

İlkin məlumata görə, E.Kazımov şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər