İtkin düşən şəxsin meyiti tapıldı

İtkin düşən şəxsin meyiti tapıldı
08.06.2025 17:55 Hadisə

Ceyranbatan qəsəbəsində iki gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.

TodayPress TV xəbər verir ki, 42 yaşlı Elgiz Axundovun meyiti kanalda aşkar olunub.

İlkin ehtimallara görə, o, kanalda boğularaq həyatını itirib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri dönməyib, ailəsi isə axtarışlara baxmayaraq, bu günədək ondan xəbər almayıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər