İmişlidə qanunsuz tikili söküldü

İmişlidə qanunsuz tikili söküldü
11.06.2025 11:12 Hadisə

İmişlidə qanunsuz tikintinin qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Cavadxanlı kəndi ərazisində fiziki şəxs Feyzullayev Rəcəb Qara oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

FOTOLAR

İmişlidə qanunsuz tikili söküldü — 1
İmişlidə qanunsuz tikili söküldü — 2
İmişlidə qanunsuz tikili söküldü — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər