Gəncədə yol qəzası - Xəsarət alan var

Gəncədə yol qəzası - Xəsarət alan var
10.06.2025 21:00 Hadisə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə sürücülərdən biri – 1997-ci il təvəllüdlü O.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər