Gəncədə asfalt çəkən maşın avtomobilin üzərinə aşdı
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.
Belə ki, asfalt çəkən maşın minik avtomobilinin üzərinə aşıb.
Hər iki avtomobilə ciddi ziyan dəyib.