Əsirlikdə olan şəxs: Məhz azərbaycanlı olduğuma görə işgəncələrə məruz qalırdım

Əsirlikdə olan şəxs: Məhz azərbaycanlı olduğuma görə işgəncələrə məruz qalırdım
03.07.2025 14:16 Hadisə

İyulun 3-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürümüş şəxslər ifadə veriblər.

TodayPress TV xəbər verir ki, zərərçəkmiş şəxs Elnur Mehdiyev ifadəsində Goranboy rayonunda yerləşən taborda əsgər kimi hərbi xidmət edən zaman yolu azması nəticəsində 2000-ci il fevralın 1-də erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib.

O, Ermənistan silahlı qüvvələrinin blindajına aparılaraq yumruq-təpiklə, avtomat silahın qundağı ilə vəhşicəsinə döyüldüyünü, daha sonra blindajın qarşısındakı dirəyə iplə bağlanılmaqla gecədən səhərədək ayaqyalın qarın üstündə saxlanıldığını deyib. Nəticədə ayaqları şaxta vurması nəticəsində donub.

Səhəri gün, yəni fevralın 2-də Xocalı şəhərində yerləşən xəstəxanaya aparılaraq sol ayağının bütün barmaqları amputasiya edilib. O, daha sonra Xankəndi şəhərində yerləşən xəstəxanaya aparılaraq bir müddət orada saxlanılıb. İyulun 11-də isə Ermənistana aparılaraq orada təcridxanada saxlanılıb. Zərərçəkmiş şəxs əsir saxlanıldığı müddətdə mütəmadi olaraq döyüldüyünü, ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığını bildirib. Bir həftə sonra əsirlikdən azad edilərək Azərbaycana təhvil verilib.

O, prokurorların suallarını cavablandırarkən əsir düşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğuna görə işgəncələrə məruz qaldığını deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər