Daşkəsəndə mübahisə zəminində bıçaqlananların SON DURUMU

Daşkəsəndə mübahisə zəminində bıçaqlananların SON DURUMU
06.09.2025 13:20 Hadisə

06.09.2025-ci il tarixində saat 01:00 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yadım şöbəsinə hospitalizasiya olunub. 

TƏBİB-dən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

"Qarın hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən və vəziyyəti orta ağır qiymətləndirilən 1992-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2010-cu il təvəllüdlü şəxs isə ambulator müalicə üçün evə buraxılıb".

Töhfə Səməd

 TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər