Cəlilabadda fərdi yaşayış evi yandı

Cəlilabadda fərdi yaşayış evi yandı
03.07.2025 03:11 Hadisə

Cəlilabadda yanğın hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, yanğın hadisəsi Cəlilabad rayonunun Ocaqlı kəndində baş verib.

Belə ki, kənd sakini Məhərrəm Əhmədova məxsus fərdi yaşayış evi qəfildən alovlanıb.

Hadisə yerinə Cəlilabad və Göytəpə şəhərlərindən yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın lokallaşdırılıb.

Buna baxmayaraq evin bir hissəsi yanaraq yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.a

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər