Cəlilabadda avtoqəzada xəsarət alanların vəziyyəti açıqlandı

Cəlilabadda avtoqəzada xəsarət alanların vəziyyəti açıqlandı
07.06.2025 14:30 Hadisə

07.06.2025-ci il tarixində saat 11:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərin hazırki vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Töhfə Səməd

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər