Buzovnada taxta tullantıları yandı

Buzovnada taxta tullantıları yandı
11.09.2025 21:30 Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər  rayonu, Buzovna qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

TodayPress TV xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, açıq sahədə taxta tullantılarının yandığı müəyyən edilib. 

Yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 500 kv.m. sahədə taxta tullantıları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər