Biləsuvarda qəza - 4 nəfər xəsarət aldı
Biləsuvar rayonunda minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.