Biləsuvarda avtomobil kanala aşdı, 5 nəfər öldü YENİLƏNDİ 3
Hadisə
07.12.2025 13:10
Bu gün saat 03:15 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü şəxs (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.
Bildirilib ki, ona suda boğulma və ağciyər ödemi diaqnozu təyin edilib.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
11:59
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cənub -Muğan su kanalının Biləsuvar rayonu, Zəhmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Biləsuvarda qəzada ölən 5 nəfərdən ikisi qardaşdır.
TodayPress TV xəbər verir ki, kanala aşan “Lexus" markal; minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.
Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.
Qəzanın bəzi təfərrüatları da məlum olub. Hadisə gecə saat 2 radələrində baş verib. Maşındakılardan biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
11:02
Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Biləsuvarda avtomobilin kanala aşması 5 nəfərin ölümünə səbəb olub.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində baş verib.
Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan "Lexsus" markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
tag: Biləsuvar ,Kanal,Bağbanlar kəndi ,Avtomobil ,Todaypress.tv,
