Trampın qərarı Consonu “özündən çıxardı”: “Məntiqsizdir!”

Trampın qərarı Consonu “özündən çıxardı”: “Məntiqsizdir!”
11.10.2026 00:35 Dünya

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Rusiya neftinə qarşı sanksiyaların yumşaldılması ilə bağlı qərarını tənqid edib.

TodayPress TV xəbər verir ki, keçmiş baş nazir bu barədə sosial şəbəkə hesablarından birində paylaşım edib.

O bildirib ki, ABŞ-nin hazırda Rusiya neftinə qarşı sanksiyaları aradan qaldırması qəzəb doğurur. Conson neft qiymətlərinin artmasına görə Ukraynanın günahlandırılmasını da məntiqsiz hesab edib.

“Əgər Rusiya neftinin və qazının yenidən dünya bazarına çıxmasını istəyiriksə, gəlin bu müharibəni dayandıraq. Bunun üçün müstəqil, suveren və azad Ukrayna olmalıdır”, – deyə o yazıb.

Consonun sözlərinə görə, qiymət artımının Hörmüz boğazının bağlanmasından sonra başladığı açıq-aydındır.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 OKTYABR 2026
Bütün Xəbərlər