Trampın sözlərinə Kiyevdən ilk REAKSİYA gəldi
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni prezident seçilməsinin vaxtı çatdığı barədə açıqlamasına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, Sibiqa bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Nazir Ukrayna Prezidenti Volodimir Zelenskinin xalqın dəstəyinə malik olduğunu vurğulayıb.
“Volodimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda mübarizə aparan millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə malikdir və qərar vermək hüququ xalqa məxsusdur. Xaricdən səsləndirilən bəyanatlar yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir”, – Sibiqa qeyd edib.
Kübra Musayeva