Bayram günlərindən 11 nəfər zəhərlənib - RƏSMİ
Bayram günlərində (06.06.2025-ci il tarixindən 09.06.2025-ci il tarixinə qədər) zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 11 nəfər qəbul edilib.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilir ki, onlardan 3 nəfər sirkə turşusundan, 5 nəfər dərmandan, 1 nəfər ilan sancmasından, 1 nəfər allergik reakasiyadan, 1 nəfər isə fosfor üzvi birləşmələsindən zəhərlənən şəxslərdir.
Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb.
Türkan İsgəndərli