Bakıda Heydər Əliyev prospektində qəza baş verib, sıxlıq yaranıb

Bakıda Heydər Əliyev prospektində qəza baş verib, sıxlıq yaranıb
29.11.2026 19:22 Hadisə

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd olunub ki, qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb.

Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər