Ukrayna dronu Türkiyə torpağında: Rizədə nə baş verdi?
Ukraynaya məxsus kamikadze pilotsuz uçuş aparatı Türkiyənin şimal-şərqində yerləşən Rizə vilayətinə düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə vilayət qubernatorluğunun administrasiyası məlumat yayıb.
“29 noyabr 2026-cı il tarixində saat 01:30 radələrində Rizə vilayətinin Çayeli rayonunda pilotsuz uçuş aparatının düşməsi barədə məlumat daxil olduqdan sonra axtarış tədbirlərinə və ərazinin yoxlanılmasına başlanılıb. Yoxlama zamanı müəyyən edilib ki, düşən obyekt Ukraynanın “Fire Point” şirkəti tərəfindən istehsal olunan FP-1 tipli kamikadze pilotsuz uçuş aparatıdır”, – deyə bəyanatda bildirilib.
Administrasiyanın məlumatına görə, aparat yerə düşərkən partlayıb, nəticədə yaxınlıqda yerləşən evlərdən birinin pəncərə şüşəsi zədələnib.
Hakimiyyət orqanları qeyd ediblər ki, ölüm, xəsarət və ya maddi ziyan qeydə alınmayıb.
Aysel Mətləb