Çexiya Prezidenti ikinci müddətə "hə" dedi, amma bir şərtlə...

Çexiya Prezidenti ikinci müddətə "hə" dedi, amma bir şərtlə...
29.11.2026 20:42 Dünya

Çexiya Prezidenti Petr Pavel hazırda ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyə razı olacağını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Çexiya televiziyasına müsahibəsində bildirib.

“Hazırda bunun üçün şərtlər mövcuddur, lakin gələn il də belə olub-olmayacağını bu gün, əlbəttə ki, deməyə cəsarət etmirəm”, – deyə prezident vurğulayıb.

Pavelin sözlərinə görə, ikinci beşillik prezidentlik müddətinə yenidən seçilməyə cəhd etmək qərarı verməsi üçün əsas şərtlər onun özünün və ailə üzvlərinin sağlamlığıdır. O, həmçinin seçicilərin əhəmiyyətli dəstəyinə arxalanır.

Çexiyada növbəti prezident seçkiləri 2028-ci ilin əvvəlində keçiriləcək. Pavelin ilk prezidentlik müddəti 2028-ci il martın 9-da başa çatır. Respublika parlamentinin yuxarı palatası olan Senatın sədri Miloş Vıstrçil dövlət başçısı seçkilərinin keçirilmə tarixini 2027-ci ilin payızında elan etməlidir.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər