Azərbaycan boksçusu Dünya Kubokunda yarımfinala vəsiqə qazadı

Azərbaycan boksçusu Dünya Kubokunda yarımfinala vəsiqə qazadı
29.11.2026 16:55 Dünya

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən boks üzrə Dünya Kubokunun final mərhələsində Azərbaycan millisinin daha bir üzvü uğurlu çıxış edib.

TodayPress TV xəbər verir ki, 70 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov dörddəbir finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə qarşılaşıb.

Rəqibi üzərində inamlı qələbə qazanan Azərbaycan boksçusu bütün hakimlərin yekdil qərarı ilə 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə əldə edib.

Ötən gün isə Azərbaycan millisinin digər üzvü Məhəmməd Abdullayev (+90 kq) polşalı Yakub Domuradı 4:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçumuzun yarımfinalda rəqibi Ermənistan təmsilçisi Davit Çaloyan olacaq.

Beləliklə, Azərbaycanı Daşkənd turnirində təmsil edən hər iki boksçu ən azı bürünc medalı təmin edib. İdmançılarımız finala vəsiqə uğrunda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, Daşkənd turniri “World Boxing”in 2026-cı il üzrə Braziliya və Çində keçirilən mərhələlərdən ibarət Dünya Kuboku seriyasının yekun yarışıdır. Hər çəki dərəcəsində səkkiz boksçu mübarizə aparır. Yarış dekabrın 3-də başa çatacaq.

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər