Moskvada Türkiyə səfirliyində YANĞIN: 20 nəfər təxliyə olundu
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub.
TodayPress TV xəbər verir ki, yanğın səbəbindən ikimərtəbəli inzibati binadan təxminən 20 nəfər təxliyə edilib.
Məlumata görə, otaqlardan birindəki mebel yanıb. Bina səfirlik işçiləri üçün nəzərdə tutulub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.