Netanyahu ilə Ayzenkot masadan əliboş qalxdı: Koalisiya yolu bağlanır?

Netanyahu ilə Ayzenkot masadan əliboş qalxdı: Koalisiya yolu bağlanır?
29.11.2026 18:49 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu və “Yaşar!” partiyasının lideri Qadi Ayzenkot koalisiya hökumətinin formalaşdırılması şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Netanyahunun “Likud” partiyası və “Yaşar!” partiyası danışıqların işgüzar atmosferdə keçdiyini və tərəflərin “aralarında mövcud olan ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışdıqlarını” bildirən birgə bəyanat yayıblar.

Bununla belə, qəzetin məlumatına görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunmayıb və buna görə də tərəflər məsləhətləşmələri davam etdirməyi planlaşdırmırlar.

İsrail mediasının məlumatına görə, nəticədə Ayzenkot Netanyahuyə hakim koalisiyanı müstəqil şəkildə formalaşdıracağını, onun isə istədiyi təqdirdə daha sonra koalisiyaya qoşula biləcəyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər