Azərbaycan Premyer Liqasında daha bir matç keçirildi
Azərbaycan Premyer Liqasının XIII turunda daha bir oyun keçirilib.
TodayPress TV xəbər verir ki, "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib.
Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Ayman Bouali (11) və Edqar Adilxanov (61) rəqib qapısından keçiriblər.
Bu nəticədən sonra "Şamaxı" 17 xalla yeddinci pillədə qərarlaşıb. 11 xala malik "Qəbələ" isə doqquzuncudur.
Xatırladaq ki, daha əvvəl baş tutan oyunlarda "Şəfa" "İmişli"yə (3:1), "Neftçi" "Zirə"yə (1:0), "Turan Tovuz" "Kəpəz"ə (2:1), "Sabah" isə "Araz-Naxçıvan"a (2:1) qalib gəlib.