“Çelsi” uğursuz nəticələr fonunda Alonsonu istefaya göndərir, yoxsa...
İngiltərənin “Çelsi” futbol komandasının rəhbərliyi son qarşılaşmalardakı uğursuz nəticələrə baxmayaraq, baş məşqçi Xabi Alonsonu istefaya göndərmək niyyətində deyil.
TodayPress TV “The Touchline” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi ispaniyalı mütəxəssisi tam dəstəkləyir və onun uzunmüddətli layihəsinə inanır.
Klub rəhbərliyi komandadakı vəziyyəti düzəltmək üçün Alonsoya lazımi vaxt verməyə hazırdır.
Ötən yay “Çelsi”nin baş məşqçisi təyin olunan ispaniyalı mütəxəssisin rəhbərliyi altında London təmsilçisi İngiltərə Premyer Liqasında keçirdiyi 12 qarşılaşmada 16 xal toplayaraq turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Komanda ölkə çempionatındakı son beş görüşün dördündə məğlub olub.
Qeyd edək ki, Xabi Alonsonun “Çelsi” ilə qüvvədə olan müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.