Soçiyə enən təyyarəni ildırım vurdu - 116 sərnişinin aqibəti necədir?
“Yamal” aviaşirkətinə məxsus Tümen–Soçi marşrutu üzrə uçan təyyarəni ildırım vurub.
TodayPress TV xəbər verir ki, təyyarənin göyərtəsində 116 sərnişin və 9 ekipaj üzvü olub, xəsarət alan yoxdur.
“YC-185 saylı Tümen–Soçi reysini yerinə yetirən Airbus A320 təyyarəsi enişə yaxınlaşarkən atmosfer elektrikinin boşalması nəticəsində ildırım zərbəsinə məruz qalıb. Təyyarənin göyərtəsində 116 sərnişin və 9 ekipaj üzvü olub, heç kim xəsarət almayıb”, – deyə aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, təyyarə uğurla eniş edib.
Aysel Mətləb