Pekin mübahisəli adanın "qırmızı xəttinə" gəmi çıxardı

Pekin mübahisəli adanın "qırmızı xəttinə" gəmi çıxardı
29.11.2026 15:16 Dünya

Çin Xalq Azadlıq Ordusunun gəmiləri və aviasiyası Filippinlərlə ərazi mübahisəsinin predmeti olan Huangyan adası yaxınlığında patrul xidməti həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ordunun Cənub Döyüş Komandanlığı məlumat yayıb.

Hərbi Dəniz və Hərbi Hava Qüvvələri adanın ətrafındakı su hövzəsində və hava məkanında, eləcə də adaya bitişik ərazilərdə patrul xidməti həyata keçirib.

“Huangyan adası Çinin əzəli ərazisidir”, – deyə məlumatda bildirilib.

Çin hərbçilərinin məlumatına görə, noyabrın əvvəlindən etibarən hərbi dairənin qoşunları ada ətrafındakı sularda və hava məkanında patrul xidmətini gücləndirib. Bəyanatda qeyd olunub ki, bu tədbirlər su hövzəsi üzərində nəzarəti gücləndirir və ÇXR-in hüquqlarının pozulmasına, eləcə də təxribatlara effektiv şəkildə cavab verməyə imkan yaradır. Hərbçilər vurğulayıblar ki, ordunun Çinin suverenliyini və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcək, Cənubi Çin dənizində sülhü və sabitliyi möhkəm şəkildə dəstəkləyəcək.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər