Ukrayna PUA-ları Rusiyanın ən nəhəng kimya zavodunu vurdu

Ukrayna PUA-ları Rusiyanın ən nəhəng kimya zavodunu vurdu
29.11.2026 16:49 Dünya

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin uzaqmənzilli pilotsuz uçuş aparatlarının operatorları noyabrın 29-na keçən gecə Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində yerləşən “KuybışevAzot” müəssisəsini vurublar.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, hədəfə alınan Rusiya hərbi obyekti ölkənin kimya sənayesinin ən böyük müəssisələrindən biridir. Müəssisədə partlayıcı maddələr və döyüş sursatları üçün xammal komponentləri, həmçinin raket sənayesi üçün yüksək özlülüklü poliamidlər istehsal olunur.

Müəssisənin ərazisində çoxsaylı partlayışlar və genişmiqyaslı yanğın qeydə alınıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər