Mask düşməninə də "internet verdi": İran "Starlink"lə ABŞ-ni vurub?
İranın ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatlarında “SpaceX” şirkətinin peyk internet sistemi “Starlink”dən istifadə etdiyi irəli sürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Washington Post” (WP) qəzeti şirkətdaxili müzakirələrdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata əsasən, ABŞ və İsrailin İrana hücumlara başlamasından sonra mart ayının ilk həftəsində Mask “Starlink”dən həm İran, həm də ABŞ ordusu tərəfindən icazəsiz istifadə edildiyini öyrənib.
İranın ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarda “Starlink”dən istifadə etdiyini öyrənən Mask qəzəblənib. Əməliyyatlar barədə məlumatlı olan dörd mənbə də İranın sistemdən hərbi məqsədlər üçün istifadə etdiyini təsdiqləyib.
Mənbələr bildiriblər ki, İranın “Starlink”dən hərbi bölmələrin komanda və idarəetməsini təmin etmək, eləcə də birtərəfli hücum PUA-larını idarə etmək məqsədilə istifadə etdiyinə dair məlumatlar yay aylarında ABŞ-nin müdafiə naziri Pit Heqsetə təqdim olunan məxfi hesabatda yer alıb.
Mənbələr İranın ABŞ qüvvələrinin ənənəvi rabitə sistemlərini sıradan çıxarmağa yönəlməsindən sonra “Starlink”dən alternativ rabitə vasitəsi kimi istifadə etdiyini iddia ediblər. Onlar, həmçinin ABŞ ordusunun “Starshield” sistemindən də birtərəfli hücum PUA-larında istifadə etdiyini, lakin hava aparatları üçün tələb olunan abunəlik əvəzinə daha ucuz olan yerüstü istifadə planı üzrə ödəniş etdiyini irəli sürüblər.
Aysel Mətləb