Somali quldurları BƏƏ gəmisini sərbəst buraxdı

Somali quldurları BƏƏ gəmisini sərbəst buraxdı
29.11.2026 17:23 Dünya

Somalili quldurlar əvvəllər Ədən körfəzində ələ keçirdikləri BƏƏ-nin “Marsa Ocean Shipping” şirkətinə məxsus "MV Marsa Virgo" ticarət gəmisini azad ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Garowe” portalı Somalinin yarımuxtar Puntland bölgəsinin polis orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, Panama bayrağı altında üzən gəminin ekipaj üzvləri xəsarət almayıb. Gəmi nəzərdə tutulan marşrut üzrə hərəkətini davam etdirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər