İsveçrəlilər silah ixracına "yaşıl işıq" yandırır
İsveçrə parlamentinin qəbul etdiyi Hərbi Materiallar haqqında Qanuna dəyişiklikləri dəstəkləyənlər referendumda öndədirlər. Dəyişikliklər ölkənin neytrallığı ilə bağlı münaqişə zonalarına İsveçrə istehsalı olan silahların tədarükü və təkrar ixracına qoyulan sərt qadağaları əhəmiyyətli dərəcədə yumşaldır.
TodayPress TV xəbər verir ki, bu barədə informasiya İsveçrə Federal Kanslerliyinin rəsmi “VoteInfo” tətbiqinin ilkin məlumatlarında öz əksini tapıb.
Məlumata əsasən, silah ixracı qaydalarının yumşaldılmasını səs verənlərin 58,06 faizi dəstəkləyir. Hazırda seçici fəallığı 46,83 faiz təşkil edir.
Səsvermə Hərbi Materiallar haqqında Qanunun yumşaldılmasına qarşı çıxanların təşəbbüsü ilə keçirilən fakultativ referendum çərçivəsində baş tutur. İsveçrə qanunvericiliyinə əsasən, dəyişikliklərin qəbul edilməsinin qarşısını almaq üçün onların əleyhinə sadə səs çoxluğunun olması kifayətdir.
Aysel Mətləb